Polyaztech
Biz Azərbaycanda ilk dəfə olaraq, poliuretan məhsulların istehsalını və təmirlərini edirik. Sizin istehsal xəttinizdə olan mərdanələrin, təkərciklər, kalpinlərin, ayrıcı plastinlərin, sıyırıcı rakellərin, marzanların və digər ehtiyyat hissələrinin istehsal və bərpasını edə bilərik. Vaxtınıza qənaətin yanında yol xərclərinizdən sizi azad edirik. Avropa istehsalı olan xammaddələr ilə keyfiyyətli məhsulları sizə təqdim edirik.
Poliuretanlar ilk dəfə 1937-ci ildə alman alimi Otto Bayer tərəfindən sintez edilmiş və disosianatın diol ilə reaksiyası nəticəsində əldə edilmişdir.
Poliuretan hazırlamaq üçün əsas maddələr – və tri – izosiyanatlar və poliollar idi. Polimerin emalına kömək etmək və ya polimerin xüsusiyyətlərini dəyişdirmək üçün başqa materiallar da əlavə edilir.
Tökmə poliuretan istehsal xətlərimizdə TDI, MDI və NDI sistemli efir və ester poliuretan elastomerləri geniş istifadə üçündür, geniş sərtlik diapazonuna, yüksək elastikliyə, əla aşınma müqavimətinə, təsirə, qırılmaya, yırtılmaya, yorğunluğa, yağlara, həlledicilərə malikdir. Hal-hazırda geniş istifadə olunan tökmə poliuretan elastomerlər ozon və UV şüalarına davamlıdır.
Elastomerlər plastik və metallarla müqayisədə fərqli davranışlar göstərə bilən, sıxılma və bükülmə kimi hadisələrdə deformasiya etməyən, deformasiyaya səbəb olan qüvvəni aradan qaldıraraq orijinal vəziyyətinə qayıda bilən mühəndislik materiallarıdır.
Vizyonumuz
Missiyamız
Gördüyümüz işlər:
• Uzunluğu 3250 mm-dək olan valların (mərdanələrin) üzlənməsi
• 25 ShA-dan 95 ShA-ya qədər sərtlikdə valların (mərdanələrin) üzlənməsi
• Birləşdirici kaplinlər
• Yüksək təzyiqli borularda kimyəvi aşınmaya dayanıqlı salniklər
• İstənilən ölçüdə təkərliklər
• Ağır texnikalar üçün poliuretan ehtiyyat hissələri
• Sıyırıcı və təmizləyici rakellar (təmizləyici avadanlıqlar)
• Təmir işləri

